XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2019 - 13:33

Ağacan Əbiyevdən qəribə etiraf:“Deputatlarımız nümunəvi çalışdığı üçün İntizam Komissiyası işsiz qalıb”

Bizim parlamenti digər ölkələrin parlamenti ilə müqayisə edəndə ən yaxşısıdır. Başqa ölkələrin parlamentlərində görün nə qədər xoşagəlməz hadisələr baş verir. Bizdə isə deputatların bir-birinə hörmətləri var. Azərbaycançılığımız  bizə çox kömək edir”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin yenidən formalaşmış İntizam Komissiyasının sədri Ağacan Abiyev deyib.

O bildirib ki, Azərbaycan parlamenti digər ölkələrin parlamentlərinə nümunədir: “Onlar gəlsinlər, bizdən öyrənsinlər. Belə bir məsələ var, insanlar danışdıqları kimi iş görməyi də bacarmalıdırlar. Hesab edirəm ki, bu barədə də bizim parlament bir nümunədir. Deputatlarımız nümunəvi çalışdıqları üçün İntizam Komissiyası da işsiz qalıb”.