XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 Fevral 2019 - 15:53

Sidorov:“Bu, Qarabağda gərginliyin azaldılmasına kömək edir”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətlənən Azərbaycan və Ermənistanın son fəaliyyətləri barədə danışıb.
Sidorov bu barədə Moskva-Yerevan-Minsk-Bişkek-Astana videokonfransında danışarkən bildirib.

O qeyd edib ki, iki ölkə liderlərinin fəaliyyətləri regionda gərginliyin azaldılmasına töhfə verib.

“Beynəlxalq vasitəçilər və regional dövlətlərin birgə səyləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə yönələn gələcək işlər üçün zəruri olan dialoqun intensivləşməsi gərginliyin azalmasına gətirib çıxardı. Ermənistan və Azərbaycan liderlərinin müntəzəm iclasları etimadın möhkəmləndirilməsi üçün konkret addımlar atmağa imkan verdi”, – deyə KTMT-nin Birləşmiş Qərargahının rəisi bildirib.

O, həmçinin son dövrlərdə liderlər səviyyəsində iki ölkə arasında qurulan birbaşa əlaqənin önəmini də vurğulayıb. (Ordu.az)