XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 12:47

Türkiyənin Azərbaycandakı sabiq səfiri:“1915-ci ildə Makronun dədəsi də dünyada deyildi...”


“Fransa prezidenti Emmanuel Makronun qondarma 1915-ci il hadisələrinin Fransada matəm günü elan olunacağına dair ifadələrini iş həyatının önəmli hissəsini ASALA terrorçularının təhdidləri ilə keçirən bir diplomat olaraq qınayıram”.

Strateq.az Modern.az-a istinadən  xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycan və Moldovada fövqəladə və səlahiyyətli sabiq səfiri olmuş məşhur diplomat Hulusi Kılıç bildirib. “Tarixçilər tarixlə, siyasətçilər isə siyasətlə məşğul olsa, daha məntiqli olar. 1915-ci il hadisələri hüquqi, tarixi və akademik dərəcədə problemli mövzudur. Bu məsələ siyasətçilərin deyil, tarixçilərin sahəsidir. 1915-ci ildə Makronun dədəsi də dünyada deyildi. Makronun öncə Osmanlı tarixini yaxşı öyrənməsini gözləyirik. Makronun ifadələri Fransada yaşayan 700 mindən çox çox türkə, türk əsilli Fransa  vətəndaşlarına, Azərbaycan vətəndaşlarına, qardaş Türk ölkələrinin vətəndaşlarına hörmətsizlikdir.

Atılan addım təhlükəli və separatçı narahatlıq, ayrı–seçkilik yaradacaq, xalqları düşmən halına gətirəcək. İstiqlal savaşı dönəmində Anadoluda ermənilərin əli ilə həyata keçirilən dəhşətlər, yaxın keçmişdə Əlcəzairdə törədilən qətliamlar və Ruanda soyqırımı yaddaşımızdadır. Ayrıca son 45 ildə bəziləri Fransada olmaqla, 42 günahsız Türk diplomatının erməni terrorçu qurplaşmaları tərəfindən vəhşicəsinə qətli və 27 il öncə Xocalıda erməni terrorçuları tərəfindən həyata keçirilən qətliam qarşısında susanlar, tarixin küllərini qarışdıraraq, başqalarını ittihama qalxması insan zəkasına təhqir olaraq dəyərləndirirəm. Makronun atacağı bu təhlükəli, separatçı və yalnış addımdan imtina edəcəyini gözləyirik”.