XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2019 - 00:01

Xorvat deputatlara şəxsi avtomobildən istifadə qadağan ediləcək:"Xalqla aradakı boşluq qaldırılmalıdır"

Xorvatiya parlamenti “Dövlət xidməti” haqqında qanuna əlavələri təsdiq edib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, əlavələr qüvvəyə mindikdən sonra deputatlar şəxsi avtomobildən istifadə hüququndan məhrum olacaq.

Bunun əvəzində deputatlara avtobus, tramvay və metrolardan pulsuz istifadə hüququ veriləcək.

Qanun layihəsinin müəllifi, “Demokratik mərkəz” partiyasının deputatı Oqnejki Slovanoviçin sözlərinə görə, yeni qanun xorvat xalqı ilə onun təmsilçiləri arasında boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.

O.Slovanoviç şəxsi avtomobilindən hələ 2014-cü ildən imtina edərək Ukraynaya humanitar yardım şəklində göndərib. Zaqrebin sakinləri yeni qanun əlavəsini müsbət qəbul edib, parlamentin önündə “Əziz deputatlar, sağ olun” şüarı altında mitinq keçiriblər.