Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiyanın ölkəmizdəki səfiri Neboyşa Rodiçlə görüşüb.
Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq, Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Müxtəlif sahələrdə Azərbaycan-Serbiya əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulandığı görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.