“Fransa həmişə ermənipərəst mövqedə olub. İndi də o siyasətin davamını görürük. Onların qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyi birbaşa Qarabağ məsələsinə münasibətlərini göstərir”.
Qarabağ Komitəsinin üzvü, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bunu prezident Makronun antitürk qərarını Musavat.com-a şərh edərkən bildirdi. Təşkilat rəhbəri qeyd etdi ki, Fransanın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyalarına başlanılması ilə bağlı məsələ gələn həftənin ikinci günü İdarə Heyətində müzakirə olunacaq: “2005-ci ildə Fransa parlamenti qondarma “erməni soyqırımı” ilə əlaqədar mürtəce qərar verəndə biz bir həftə fasiləsiz Fransanın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirdik. O vaxt Fransa mallarını boykot təklifləri də oldu. İndi də məsələ ilə bağlı aksiya keçirilməsi də mümkündür. Məsələ müzakirə olunur. Gürcüstanda qatil erməniyə qoyulan adidənin götürülməsi tələbi ilə aksiya müzakirə olunur. Hansı aksiyanı qabağa salacağımızı da müzakirə edirik. Ona görə hələ yekun qərarımız yoxdur”.
A.Nağı hesab edir ki, indi də Fransa prezidentinin bu qərarına sərt təpki olmalıdır: “Fransa Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılmalıdır”.