Sabiq daxili işlər naziri İsgəndər Həmidovun Qarabağ Komitəsinin ünvanına səsləndirdiyi ittihamlardan sonra qurumdan istefalar başlayıb.
Komitənin sıralarını 12 üzv tərk edib. Bu barədə məlumatı Cebhe.info-ya Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı verib.
Onun sözlərinə görə, komitəni tərk edənlərdən 8 nəfəri Ağasif Şakiroğlunin rəhbərlik etdiyi Gələcək Azərbaycan Partiyasının üzvləridir:
“Komitədən çıxmaqla bağlı müraciət edənlər arasında İsgəndər Həmidov, İlham İsmayıl, Valeh Qaramanlı və Həsən Həsənov da var. Ağasif Şakiroğlu, ümumiyyətlə, komitənin üzvü deyil. 8 nəfərdən ibarət siyahı isə Gələcək Azərbaycan Partiyasının üzvləridir”.