XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 12:19

Baş nazirin müavini: Ermənistana silah satılması Cənubi Qafqazda sabitliyin pozulmasına cəhddir

Foto: Baş nazirin müavini: Ermənistana silah satılması Cənubi Qafqazda sabitliyin pozulmasına cəhddir / Siyasət

 

Təcavüzkar dövlət olan Ermənistanın bir çox beynəlxalq qurumlar tərəfindən də Azərbaycanın torpaqlarını işğal etməsini təsdiq edildiyi halda, o dövlətə silah sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulmasına, gərginliyin artmasına əlavə addımlar deməkdir.

 

Strateq.az trend.az-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Rusiyanın Ermənistana ağır hərbi texnika və silah satmasına münasibət bildirərkən deyib.

 

Ə.Əhmədov bildirib ki, Ermənistana silah satılması ikili standart, bölgədə sabitliyin pozulmasına cəhddir.

 

Baş nazirin müavini vurğulayıb ki, bəzi hallarda bu silah sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır:

 

“Əlbəttə, onların bu barədə həmişə bəhanələri olur. Ermənistan bunların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasını bəhanə gətirir. Bəhanəni də həmişə tapmaq olar. Biz bunu pisləyirik. Biz bunu ikili standartların əsas forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin yenidən bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq”.