XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 09:41

Musiqiçilər casus sayıldı… – Diktatordan heyrət doğuran daha bir edam qərarı
Şimali Koreya lideri Kim çen In milli orkestrin musiqiçilərini edam etdirib.
Strateq.az Anspress-ə istinadən xəbər verir ki, güllələnən musiqiçilər “Inxasu” orkestrinin musiqiçiləri olub. Edam xəbərini Cənubi Koreya kəşfiyyatı yayıb. Şimali Koreya tərəfi isə bu haqda xəbərlərə hələlik heç bir şərh bildirmir. Edam olunanlar siyahısında 15 nəfərin olduğu qeyd edilir.
Bildirilir ki, musiqiçilər casusluqda günahlandırılıblar. Guya onlar Kim çen Inın ailə həyatı haqqında artıq-əskik söz danışıblar.
Qeyd edək ki, “Inxasu” orkestrində bir zamanlar Kim çen Inın həyat yoldaşı – Şimali Koreyanın birinci xanımı Li Sol çju çıxış edib.