XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 14:48

Azərbaycanla Avropa İttifaqı arasında saziş nə zaman imzalanacaq? –MAHMUD MƏMMƏD-QULİYEVDƏN AÇIQLAMA

“Hal-hazırda Avropa İttifaqı ilə  Azərbaycan arasında imzalanması gözlənlən sazişlə bağlı danışıqlar gedir. Hər iki tərəf çalışır ki, imzalanacaq saziş keyfiyyətli olsun. Deyə bilərəm ki, danışıqlarımız uğurla davam edir”.

Strateq.az bildirir ki, bu sözləri Gununsesi.org-a eksklüziv açıqlamasında xarici izşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev söyləyib.

Bununla belə nazir müavini Sazişin mart ayında imzalanacağı barədə konkret söz deməyb: “Vaxt əsas şərt deyil. Əsas olan hər iki tərəfin maraqlarını ifadə edən sənədin ortaya çıxmasıdır. Bizə nəticə vacibdir. Vaxt önəmli deyil”. Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni hərtərəfli sazişin mart ayında imzalanacağı bildirilir. Aİ və Azərbaycan arasında yeni ikitərəfli saziş ticarət və investisiyalar, insan haqları, təhsil, ətraf mühitin mühafizəsi sahələrində, o cümlədən energetika və nəqliyyat sektorlarında əməkdaşlıq daxil olmaqla, münasibətlərin siyasi, iqtisadi, sosial və mədəni aspektlərini əhatə etməlidir.