XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 11:15

Bakı meriyası Milli Şuraya mitinqin vaxtını dəyişməyi təklif etdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı “Report”a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Milli Şuranın mayın 3-də saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib: “Bakı Şəhər İcra Hakimiyyətinin bizə təqdim etdiyi cavab məktubunda qeyd edilib ki, aksiyanın mayın 3-də keçirilməsi məqsədəuyğun deyil. çünki həmin gün “Məhsul” stadionunda başqa tədbirin olması planlaşdırılıb. Bizə aksiyanı mayın 2-də keçirməyi təklif ediblər”.

F.Qəhrəmanlı bildirb ki, Milli Şura mitinqin mayın 2-də keçirilməsi ilə bağlı təklifi müzakirə edib qərar verəcək.