XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2019 - 14:26

RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA DÖNÜŞ SƏBƏBİNİ AÇDI:“Prezident Administrasiyasından zəng vurdular...”

“Hakimiyyətə etdiyim iki yazılı müraciətdən sonra Bakıya səfərim baş tutdu. Müraciətimdə şəxsi məsələləri yazmamışdım. Söhbət ölkənin Kinematoqrafçılar İttifaqından, onun üzvlərindən, əmlakından və bu yaradıcılıq birliyinin sənədləşdirilməsindən gedir”.

Strateq.az bildirir ki, bu sözləri Turan-a açıqlamasında tanınmış kinorejissor Rüstəm İbrahimbəyov Azərbyacan səfərini şərh edərkən deyib.

Bakıya səfərinin necə həll olunması ilə bağlı məsələyə toxunan R. İbrahimbəyov qeyd edib ki, müraciətində öz vətəndaş mövqeyinin dəyişmədiyini bildirib.

O vurğulayıb ki, buna görə digərləri əzab çəkməməlidir: “İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz oturub əzab çəkməlidir? Nə üçün mənim mövqeyimin hakimiyyətdən fərqləndiyinə görə, kinematoqrafçıların mülkiyyəti və əmlakı əlindən alınmalıdır? Kinomatoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək və insanları mənəvi cəhətdən sındırmaq nəyə gərək idi?”. 

R. İbrahimbəyov deyib ki, İttifaqın qurultayını keçirmək və iş prosesini qaydaya salmaq lazımdır: “Adamlara yaradıcılıqla məşğul olmağa imkan vermək lazımdır. Bu mənasız vergi və cinayət təqibini dayandırmaq lazımdır. Hakimiyyətin mənə qarşı iradları ola bilər. Amma nə üçün buna görə başqaları əzab çəkməlidir? Bu müraciətimə cavab olaraq Prezident Administarsiyasından mənə zəng vuraraq ölkəyə gələ biləcəyimi bildirdilər”.

Qısamüddətli səfər çərçivəsində R. İbrahimbəyov həmkarları ilə görüşüb: “Növbəti qurultayı keçirmək barədə qərar verdik. Həmçinin Mingəçevirdə Yaradıcılıq Evinin, pozulmuş mülkiyyət hüquqlarının bərpası, İttifaqın itirlmiş sənədlərinin bərpa olunması qərara alındı. Məhkəmə yolu ilə bunu edə bilmədik. Ümid edirəm ki, yuxarıdan bu məsələnin həll etmək üçün niyyət olacaq”.

“Hakimiyyətin siyasətində nəsə dəyişdiyini demək olarmı?” sualına cavabında R. İbrahimbəyov deyib ki, yaxın gələcək bunu göstərər: “May ayında qurultayımızı keçirməyi planlaşdırırıq. Bu zaman qədər nəsə həllini tapmalı, dəyişməlidir.  Siyasətə gəlincə, hamıya xatırlatmaq istərdim: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırğımız bir çox məsələləri qaldırır və həll edir. Əgər korrupsiya kimi məsələlər ən yüksək səviyyədə müzakirə edilirsə, bununla mübarizə aparılırsa, o zaman bizdən dövlətin düşməni yaratmaq nəyə lazım idi?”