XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 12:16

İki deputat komitə üzvlüyündən çıxarılıb –Parlamentdə dəyişiklik

 Milli Məclisin bu gün keçirilən plenar iclasında Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.

“Report” xəbər verir ki, Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılıb.

Komitə üzvlüyünə deputatın – Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb. Həmin deputatların namizədliyi səsverməyə çıxarılaraq komitə üzvü seçiliblər.