XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 15:40

Azərbaycan məmurları “Maqnitski siyahısı”na salına bilər

Azərbaycan məmurları “Maqnitski siyahısı”na salına bilər

ABŞ qanunvericiləri Maqnitski aktının genişləndirilməsi üzərində işləyir. Məqsəd onun yalnız Rusiyaya deyil, başqa ölkələrə də şamil edilməsidir.

Yeni qanun layihəsinin müəllifləri Azərbaycan da daxil olmaqla bütün dünyadakı məmurları “özlərinə hesabat verməyə, insan hüquqlarının pozulmasına son qoymağa” çağırır.
“Maqnitski aktı heç zaman Rusiyaya qarşı olmayıb, o, “pis oğlanlara” qarşı olub və qlobal xarakter daşıyır” – deyə qanun layihəsinin həmmüəllifi, konqresmen Cim Makqovern bildirib.
C.Makqovern aprelin 29-da Vaşinqtonda “Turan”ın müxbiri ilə söhbətində deyib ki, yeni qanun layihəsi üzrə cari debatlar onu göstərir ki, “ABŞ və digər ölkələr insan haqlarını öz xarici siyasətlərinin mərkəzi hissəsi hesab edirlər”.
Cim Makqovern
“İnsan hüquqlarını pozanlar nəzərə almalıdır ki, onların hərəkəti diqqətdən kənarda qalmayacaq” – konqresmen əlavə edib.
Maqnitski qanunu ilə 2012-ci ildən insan hüquqlarını pozanların ABŞ-a girişi qadağan edilib və maliyyə vəsaitləri dondurulub. Hazırda siyahıda 38 nəfər var ki, onlara qarşı bu sanksiyalar tətbiq edilib.
Onların arasında ilk növbədə moskvalı vəkil Sergey Maqnitskinin qanunsuz həbsində, ona işgəncə verilməsində və həbsxanada ölümündə günahkar olanlar durur.
Qanunun genişləndirilməsi bu sanksiyaların bütün ölkələrə şamil edilməsini nəzərdə tutur. Eyni zamanda korrupsiyanın cinayətlər siyahısına daxil edilməsi namizədlərin bu qara siyahıya daxil edilməsini genişləndirəcək.
“Azərbaycanlı məmurlar da qlobal Maqnitski qanununun təsirinə düşə bilərmi” sualına cavabında Makqovern deyib ki, qanun bütün dünyada insan hüquqlarını pozanlara, korrupsioner məmurlara yönələcək, onlar məsuliyyətə cəlb olunacaqlar.
öz növbəsində “Freedom House” təşkilatının vitse-prezidenti Daniel Kalinqaert Konqresin Xarici Məsələlər Komitəsinə müraciət edərək Maqnitski aktının genişləndirilməsinə çağırıb: “Dünyada Sergey Maqnitski kimi ədalət və azadlıq haqqında danışmağa cəsarət etdiyinə görə təzyiqlərin qurbanı olan adamlar çoxdur”.