XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 13:30

Sergey Lavrov:"Əgər Ermənistan bundan lazımi nəticələr çıxarmasa..."

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan görüşün detalları bəlli olub.

Bu barədə məlumatı “Livenews.am” saytı yayıb. Görüş zamanı Lavrov Mnatsakanyana Ermənistanda siyasi məhbusların olduğunu deyib. O, Köçəryanı siyasi məhbus saydıqlarını da söyləyib.

Rusiya XİN rəhbəri bildirib ki, əgər Ermənistan bundan lazımi nəticələr çıxarmasa, məsələ ilə bağlı xüsusi bəyanat yayacaqlar.

Saytın mənbəsi həmçinin Baş nazir Nikol Paşinyanın Lavrovun bu addımına cavab hazırladığını və 1 martda böyük “şou” təşkil edəcəyini deyib. Belə ki, martın 1-də təşkil edəcəyi yürüş zamanı Paşinyanın Rusiyaya Köçəryanın həbsinin şəxsi qisas yox, xalqın istəyi olduğunu göstərməyə çalışacağı açıqlanıb. (Axar.az)