XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 14:45

ATƏT rəsmisi:"Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb"

Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb.

Trend-in məlumatına görə, bunu ATƏT-in Münaqişələrin aradan qaldırılması mərkəzinin direktor müavini Çarlz Lonsdeyl Vyanada təşkilatın Parlament Assambleyasının qış sessiyasında deyib. O deyib: “Biz ATƏT-in Minsk qrupunun nizamlanması ilə məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin inkişafını izləyirik. Son dövrlərdə xarici işlər nazirlərinin müntəzəm görüşləri və Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüşlərlə əlaqədar müsbət dinamikaya ümidlər yaranıb”.

Tərəflərin əhalini sülhə hazırlamaqla bağlı konkret tədbirlərə sadiqliyini qeyd edən Ç.Lonsdeyl maraqlı olacağı təqdirdə, bu prosesə dəstək verməyə hazır olduğunu deyib: “Amma biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə birbaşa cəlb olunmamışıq”.