XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 23:37

Milli Şura yenə mitinq təyin etdi –Əli Kərimli tarixi açıqladı

Milli Şura martın 2-də Bakıda “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.

Bu barədə AXCP sədri Əli Kərimli Turan.tv-nin “Sözarası” proqramında canlı yayımda bildirib.

Kərimli hökumətin siyasətini tənqid edib. O, mitinqdə siyasi məhbuslara azadlıq, demokratik tələblərlə yanaşı, sosial tələblərin də diqqət mərkəzində olacağını bildirib.

“Tibbi sığorta təmin olunmalı, elektrik və qazın qiyməti endirilməli, onkoloji xəstələr tam pulsuz müalicə edilməli, pensiya təminatı məsləsinə yenidən baxılmalı, pensiyalar, müavinətlər, maaşlar artırılmalıdır. Əhalinin banklara problemli kreditlərlə bağlı borcları dövlət tərəfindən ödənilməlidir. Təhsil pulsuz olmalıdır,” – AXCP sədri mitinqdə tələb ediləcək sosial məsələlərdən danışarkən deyib.

O, mitinqin xalq tərəfindən kütləvi şəkildə dəstəklənməsini vacib sayır.

Milli Şura sonuncu mitinqini yanvarın 19-da keçirib. Mitinqin əsas tələbi Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq idi. Bu mitinq müxalifətin son illərdə keçirdiyi ən kütləvi aksiya olub.

Bundan sonra, Bakı meriyası Milli Şuranın yanvarın 26-na, fevralın 23-nə təyin etdiyi mitinqlərə icazə verməyib.