XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 17:52

Azərbaycan və Aİ Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək –Vaxt açıqlandı

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev  fevralın 27-28-də Brüsseldə keçiriləcək Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin iclasında iştirak edəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva məlumat verib.

“Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti iclası fevralın 27-28-də Brüsseldə keçiriləcək. Nümayəndə heyətimizə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edəcək”, – deyə L.Abdullayeva deyib.

XİN rəsmisi qeyd edib ki, iclas zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli, yeni saziş üzrə Azərbaycan-Aİ danışıqlarının vəziyyəti, Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramındakı rolunu müzakirə edəcəklər.

L.Abdullayeva həmçinin energetika, nəqliyyat, ticarət, təhsil və elm sahəsində əməkdaşlıq məsələlərinin də müzakirə ediləcəyini bildirib. (Report)