XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2019 - 21:08

Müsavat da mitinq keçirmək istəyir –Partiya Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək

Müsavat Partiyası martın 10-da “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşma azadlığı təmin edilsin!”, “Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin!” və digər tələblərlə Süleyman Sani Axundov küçəsindən başlamaqla, “Dərnəgül” metrostansiyası yaxınlığındakı meydana qədər yürüş, sonda mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib.

Müsavat Partiyasının fevralın 25-də keçirilən divanı ölkədə sərbəst toplaşmaq azadlığı haqqında qanuna əməl olunmamasını, məhdud icazəli toplaşma imkanlarının aradan qaldırılmasını pisləyib.

Partiya yürüş-mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərəcək.

Məlumatı Müsavat Partiyasının mətbuat xidməti yayıb.