XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 15:36

“Xocalı hadisələrinin təkrarlanmaması üçün həqiqəti söyləməliyik” –Lyudmila Kozlova

“Azərbaycanla Ermənistan arasındakı bütün fikir ayrılıqları baş verən hadisələrin gerçək qiymətləndirilməsi əsasında sülh yolu ilə həll olunmalıdır”.

Bunu Rusiya Federasiya Şurasının Sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlova deyib.

“Ağrı, kədər hissini sözlə ifadə etmək mümkün deyil. Dünyada Xocalıda baş vermiş hərəkətləri dəstəkləyən bir nəfər belə yoxdur”, – L.Kozlova bildirib.

“Orada yalnız azərbaycanlılar yox, digər millətlərin nümayəndələri də öldürülüb. Dünyada bir daha belə hadisələrin təkrarlanmaması üçün həqiqəti söyləməliyik”, – komitə sədrinin müavini söyləyib/Report.