XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 18:19

Timoşenko Poroşenkonu impiçment etməyə çağırdı –Müxalifət lideri prezidenti xəyanətdə suçlayır

Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko “orduda oğurluqlarla” əlaqədar prezident Pyotr Poroşenkonun impiçmenti prosedurunu başlamağa çağırıb.

Siyasətçi bu barədə Ali Radadakı çıxışında deyib.

“Elan edirik ki, bizi dəstəkləyən başqa fraksiyalarla birlikdə, prezidentin impiçmenti proseduruna başlayırıq”, – partiya lideri qeyd edib. Timoşenko Ukraynanın müdafiə kompleksində oğurluqlarla bağlı jurnalistlərin dərc etdiyi araşdırmaya istinad edib. Partiya liderinin iddiasına görə, oğurluqların arxasında Poroşenko və ona yaxın şəxslər dayanır. O, prezidenti artırılmış qiymətlər üzrə Rusiyadan Ukrayna hərbi texnikası üçün ehtiyat hissələrinin alınmasında ittiham edib.