XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

26 Fevral 2016 - 11:36

20 ilin 81 yaşlı Baş naziri…

artur-2

 

Modern.az saytının məlumatına görə, fevralın 26-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin 81 yaşı tamam olub. 1996-cı ildən Baş nazir postunda əyləşən Artur Rasizadə nə az, nə çox, düz 20 ildir eyni vəzifədə çalışır. Baxmayaraq o, pensiya yaşını çoxdan keçib. 


Artur Tahir oğlu Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib.

 

İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ «AzİNMAŞ»-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.

 

1973-1975-ci illərdə «Azneftsənayemaş» birliyində baş mühəndis, 1975-1977-ci illərdə «İttifaqneftmaş» ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə «AzİNMAŞ» Neft maşınqayırması ETİ-nin direktoru olub.

 

1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışıb. 1992-1994-ci illərdə İqtisadi Islahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə «DEKA-B» şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.

 

1996-cı ildə prezident Heydər Əliyev onu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi təyin edib.


1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, elə həmin ildə Baş nazir təyin edilib. 2003-cü ilin avqust – noyabr aylarında Baş nazir səlahiyyətlərinin İlham Əliyevə verilməsilə əlaqədar Artur Rasizadə hökumət rəhbərinin birinci müavini vəzifəsini icra edib.

 

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qaytarılıb.

 

Prezident İlham Əliyev 2010-cu ildə Baş nazir Artur Rasizadəyə 75 yaşının tamam olması münasibətilə “Şərəf” ordeni verib.

 

2015-ci ildə Artur Rasizadə  80 illik yubileyilə bağlı ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

 

Son illər Azərbaycan mediasında, ictimaiyyət arasında Artur Rasizadənin istefaya göndəriləcəyiilə bağlı müxtəlif söz-söhbətlər dolaşır. Bununla bağlı yayılan məlumatlarda Baş nazir postuna tezliklə gah Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun, gah Maliyyə naziri Samir Şərifovun, eləcə də daha bir neçə yüksək ranqlı məmurlardan kiminsə gətiriləcəyi bildirilir.

 

Amma Artur Rasizadə öz vəzifəsində qalmaqdadır və deyəsən ölkə başçısı da onu əvəz etməyə tələsmir. Belədə A.Rasizadənin istefaya göndəriləcəyi barədə informasiyalar da şayiə xarakteri daşımaqda davam edir…


2011-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddi 65 yaş müəyyənləşdirilib. Bununla əlaqədar yayılan bəzi xəbərlərdə də qeyd olunurdu ki, 65 yaşını çoxdan geridə qoyan Baş nazir təqaüdə göndəriləcək. 

 

Bütün hallarda hər şey ölkə başçısından asılıdır, o, indiki Baş naziri vəzifədən çıxara da, postunda saxlaya da bilər…

 

A.Qorxmaz