XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 12:40

Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri:"Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranıb"

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranıb”.

Bunu “Amerikanın səsi” radiostansiyasına müsahibəsində ATƏT-in Minsk qrupununun sabiq amerikalı həmsədri Ceyms Uorlik deyib. C.Uorlik bildirib ki, yaranan yeni situasiya münaqişənin nizamlanması üçün imkanlar açır. Sabiq həmsədr “yeni situasiya” dedikdə, Ermənistanda hakimiyyətin dəyişməsi ilə meydana gələn yeni imkanları nəzərdə tutduğunu qeyd edib: “Əminəm ki, belə şəraitdə həmsədrlər iki ölkənin liderləri arasında rəsmi görüşün təşkili üzərində çalışırlar”