XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 March 2019 - 18:03

Rusiyanın Azərbaycandakı səfiri:"Minsk qrupu real beynəlxalq alətdir"

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməli olan və edə bilən real beynəlxalq alətdir”.

Bunu Trend-ə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib. Səfir bildirib ki, Minsk qrupunun həmsədrləri bu istiqamətdə müntəzəm fəaliyyətdədirlər: “Hesab edirəm ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəal çalışırlar, bunun üçün bütün səylərini göstərirlər”.

Qeyd edək ki, bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında Azərbaycan və Ermənistan liderlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul etdikləri bildirilib.