Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistana rəsmi səfər edəcək.
Strateq.az xəbər verir ki, bu barədə erməni KİV-ləri etibarlı mənbələrinə istinadən məlumat yayıblar. Qeyd olunur ki, Zurabişvilinin səfəri 13-14 mart tarixlərinə planlaşdırılıb.
Xatırladaq ki, Salome Zurabişvili Gürcüstan prezidenti kimi regiona ilk rəsmi səfərini 27 fevralda Azərbaycana gerçəkləşdirib.