XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2019 - 12:10

Amerikalı politoloqdan Paşinyana çağırış:"Əraziləri Bakıya qaytar, separatçılara cinayət işi aç!" 

ABŞ-dan Ermənistanın Baş naziri Nikol Paşinyana işğal altındakı əraziləri Azərbaycana qaytarmaq çağırışı edilib.

Strateq.az publika.az-a istinadla xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məsləhətçisi, amerikalı politoloq Ray Salvatore Cenninqs Paşinyana Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işini açmağa çağırıb.

Amerikalı politoloq qeyd edib ki, Qarabağda qalaqurma Paşinyana danışıqlar masasında elastiklik imkanı verəcək: “Ermənistan rəhbərliyi Qarabağdakı qüvvələri oyundan kənarlaşdırmalı və onlara qarşı cinayət işi açmalıdır. Qarabağda qalaqurma siyasəti Ermənistan rəhbərliyinə münaqişənin həlli üçün müzakirələrin aparıldığı danışıqlar masasında elastiklik imkanı tanıyacaq. Paşinyan müəyyən addımları atdı, artıq etibarın möhkəmləndirilməsi mexanizmlərinin reallaşdırılmasına hazırlıq haqqında danışırlar”, – deyə Cenninqs vurğulayıb.

Onun fikrincə, bu addımlar Paşinyana müəyyən dividendlər gətirəcək: Ərazilərin qaytarılması Ermənistanın xeyrinə olacaq. Azərbaycan bunun qarşılığında Ermənistana bir sıra beynəlxalq təşəbbüslərə, misal üçün Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulmaq icazəsi verəcək. Bundan başqa, ABŞ-ın Ermənistanın yeni hökumətinə etibarının möhkəmlənməsi onun “Şərq və Qərb” arasında öz münasibətlərinin tənzimlənməsindən asılı olacaq”.