XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 16:53

Avropa İttifaqı Şurasının sədri:"Hazırkı status-kvo uzun müddət davam edə bilməz"

Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı status-kvo uzun müddət davam edə bilməz.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinqdə deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların aparılması ümid verir:

“Danışıqlar prosesi və iki ölkənin təmasları ümid verir. Hazırkı status-kvo uzun müddət davam edə bilməz. Beynəlxalq hüquqa uyğun olaraq siyasi həll yolunu tapmaq lazımdır”. (Trend)