XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2019 - 20:57

“Bolqarıstan Azərbaycanı “Cənub Qaz Dəhlizi” layihəsində əsas icraedici qüvvə hesab edir” – Nikolay Yankov 

“Bolqarıstan Azərbaycanı “Cənub Qaz Dəhlizi” layihəsində əsas icraedici qüvvə kimi tanıyır”.

Bunu Bolqarıstanın Milli Gününə həsr olunan tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Nikolay Yankov bildirib.

Onun sözlərinə görə, bu il Bolqarıstanın Azərbaycanda səfirlik açmasından 20 il ötür: “1992-ci ildə diplomatik münasibətlər qurulandan Azərbaycanla Bolqarıstan arasında yaxın dostluq əlaqələri, yüksək səviyyədə çox intensiv dialoq, qarşılıqlı maraq kəsb edən sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlıq əlaqələri bərqərar olub”. 

Səfir enerji sahəsində iki ölkə arasındakı əlaqələrin hər iki tərəf üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb: “Bolqarıstan Azərbaycanı bütün Avropa üçün təbii qaz təchizatı mənbələrinin və çatdırılma xətlərinin şaxələndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb edən “Cənub Qaz Dəhlizi” layihəsində əsas icraedici qüvvə kimi tanıyır. Bolqarıstan artıq “Şahdəniz-2” layihəsi çərçivəsində 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr təbii qaz tədarükünə dair müqavilə imzalayıb. Bu da ölkəmizin qaz istehlakının 30 faizə qədəri deməkdir. Biz həmçinin enerji sahəsində əlaqələrin inkişafını daha da artırmağın başqa imkanlarını nəzərdən keçiririk”. 

N.Yankov hazırda milli qaz nəqli şəbəkələrinin modernləşdirilmsi mərhələsində olduqlarını, yaxın gələcəkdə Azərbaycan da daxil olmaqla, müxtəlif mənbələrdən təbii qazın Balkanlara və daha sonra bütün Avropaya tranzit imkanlarını qazanacaqlarını qeyd edib: “Bununla da Avropanın enerji təhlükəsizliyinin təminatında uzun illər mühüm rol oynayacaq Azərbaycan böyük mənfəət əldə edəcək. Bolqarıstan Azərbaycanla ikitərəfli əməkdaşlığın hər iki ölkənin və xalqın xeyrinə daha da inkişaf etdirilməsi üçün işləri davam etdirmək əzmindədir”.

Report