XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 23:02

“Ermənistan dövləti, milləti, hətta onların din xadimləri də yalançıdır” –Allahşükür Paşazadə

“Ermənistan dövləti, milləti, hətta onların din xadimləri də yalançıdır”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

Şeyxülislam Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, qarşı tərəf məsələyə münasibət bildirmir.

Allahşükür Paşazadə “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilmiş beynəlxalq sərgi-konfransın yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi məkana çevrilib. Noyabrda da Bakıda dünyanın dini liderlərinin toplantısı keçiriləcək.

Amerika Birləşmiş Ştatlarının Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayner isə ölkəmizin tolerantlıq mühitini yüksək qiymətləndirərək bildirib ki, Azərbaycan Amerikada yəhudi icması tərəfindən ən çox hörmət olunan müsəlman ölkəsidir.

Konfransda Azərbaycandakı tolerantlıq mühitinin bütün dünyaya nümunə olduğu qeyd edilib/Yenisabah.