XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 14:11

Salome Zurabişvili:"Prezident kimi regionda ilk səfərimi dost Azərbaycana etdim"

Gürcüstan Prezidenti kimi regionda ilk səfərimi dost Azərbaycana etdim. Azərbaycanda gürcülərin yaşadığı bölgədə oldum.

Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili martın 6-da parlamentdə, deputatlar qarşısında çıxışı zamanı söyləyib.

Dövlət başçısı Azərbaycanda apardığı danışıqların nəticələrini yüksək qiymətləndirib. Bildirib ki, Bakıda keçirdiyi görüşlərdə çox mühüm məsələlər müzakirə olunub.

Xəzər dənizi və Qara dəniz arasında nəqliyyat dəhlizinin inkişafına toxunan dövlət başçısı deyib: “Bakıda keçirdiyim görüşlərdə bu nəqliyyat dəhlizinin inkişafı diqqət mərkəzində oldu. Biz bu dəhlizin genişləndirilməsində maraqlıyıq”.

S.Zurabişvili məruzəsində dövlətin daxili və xarici siyasətinin ən aktual məsələləri, xarici səfərləri və keçirdiyi görüşlər barədə məlumat verib.

Parlamentdəki dinləmələrdə Baş nazir Mamuka Baxtadze və hökumət üzvləri iştirak edirlər.

Çıxışdan sonra prezident deputatların suallarını cavablandıracaq.   (Azərtac)