XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

06 Mart 2019 - 22:17

Mahmud Vaizi:"Bakı ilə əlaqələrin inkişafında rəsmi Tehran heç bir məhdudiyyət görmür"

“İran İslam Respublikası və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. İki xalq arasında böyük və qarşlıqı marağın mövcudluğu münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi üçün yaxşı təməldir”.

Strateq.az “Pars Today”-a istinadla xəbər verir ki, bu sözlər İran Prezidenti Aparatının (Dəftərxanasının) rəhbəri Mahmud Vaizinin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə səslənib.

Mahmud Vaizi martın 6-da keçirilmiş görüşdə deyib: “Bakı ilə əlaqələrin inkişafında rəsmi Tehran heç bir məhdudiyyət görmür”.

O, ikitərəfli əlaqələrin inkişafını dəstəkləyərək ölkələr arasında münasibətlərin yeni dinamika qazanması üçün səylərin artırılmasını vacib hesab edib.

Prezident Aparatının rəhbəri qeyd edib ki, iki dövlətin hökumətlərinin iradəsi ilə bütün müqavilələr yaxşı icra olunur, xalqlar və regionun maraqları naminə əməkdaşlığın daha da inkişaf etdirilməsi zəruridir.