XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 00:38

Sabir Rüstəmxanlı Qarabağ Komitəsinə üzv oldu:"Xalqımız öz torpaqlarının müdafiəsi üçün ayağa qalxmalıdır"

Dünən Qarabağ Komitəsinin iclası keçirilib.

İclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının komitənin idarə heyətindəki üzvlüyünə xitam verilib.

Eyni zamanda, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Qarabağ Komitəsinə (QK) üzv olub.

Bu barədə açıqlama verən Sabir Rüstəmxanlı faktı təsdiqləyib.

Bildirib ki, onun Qarabağ Komitəsinə üzv olması təbii qarşılanmalıdır:

“Əvvəla, indiki siyasətçilərin çoxu 1988-ci ildə siyasət aləminə Qarabağ torpaqlarını müdafiə etmək məqsədilə gəlmişdi. Qarabağa erməni iddialarına qarşı yazılar yazmışıq, qəzetlər nəşr etdirmişik, meydanlara çıxmışıq. Bir müddət əvvəl mən Qarabağ Forumu keçirmişdim. Mənim təklifmlə o zaman Qarabağa Xalq Yardımı Komitəsi yaradılmışdı. Yəni bu istiqamətdə kifayət qədər fəaliyyətim olub.

İkincisi, Qarabağ dərdimiz bizim ümummilli məsələmizdir. Bu məsələdə iqtidar-müxalifət yoxdur, siyasi partiyalar arasında ayrı-seçkilik nəzərə alınmamalıdır. Ziyalı, qeyri-ziyalı, bir sözlə, cəmiyyətimiz Qarabağ məsələsində bir yerdə olmalıdır.

Son zamanlar Qarabağla bağlı erməni rəhbərlərinin həyasız çıxışları, bir qarışda torpaq qaytarmayacaqlarını demələri, dünyanın bir sıra ölkələrinin onları müdafiə etmələri, ümumiyyətlə, Qarabağ məsələsinin bu qədər düyünə düşməsi hər birimizi narahat etməlidir. Mən hesab edirəm ki, xalqımız öz torpaqlarının müdafiəsi üçün ayağa qalxmalı və dünya görməlidir ki, bu xalq onların düşündüyü kimi, asanlıqla işğalla barışmayacaq”.

QAT sədri Akif Nağının qurumun idarə heyəti üzvlüyündən xaric edilməsinə gəldikdə Sabir Rüstəmxanlı deyib ki, bu barədə məlumatsızdır: “Bu, məndən əvvəl baş verən hadisədir. Akf Nağının Qarabağ məsələsində xidmətini danmaq olmaz. Hesab edirəm ki, o Qarabağ Komitəsi ilə birlikdə çalışmalıdır. Onun sədri olduğu təşkilatın nümayəndələri Qarabağ Komitəsində fəaliyyət göstərir”.

Publika.az