XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 11:54

Avropa Parlamentinin sədr müavini Qarabağ separatçısını nə üçün qəbul edib? –FOTO

Dağlıq Qarabağdakı separatçı rejimin “parlament sədri” Aşot Qulyan Avropa Parlamentinin sədrinin müavini Silviya Giem ilə görüşüb.

Strateq.az bildirir ki, görüşdə informasiya mübadiləsi barədə müzakirələr aparılıb. AP sədrinin müavini Qarabağla əlaqələrin inkişafının “mühümlüyündən” danışıb.

Qulyan həmçinin Brüsseldə Avropa parlamentinin bir qrup deputatı ilə də görüşüb.  Görüşdə Ermənistan –Avropa Parlamenti arasında dostluq qrupunun rəhbəri Eleni Teoxarus çıxış edib. Çıxış edənlər Qarabağ rejimi ilə Avropalı deputatların əməkdaşlıq perspektivlərinə toxunublar.

Avropa Parlamentinin yüksək səviyyəli şəxsinin separatçı rejimin nümayəndəsinin qəbul etməsi  Azərbaycanla olan münasibətlər  baxımdan anlaşılmazdır. Avropa Parlamenti müxtəlif illərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ifadə edən bəyanatlar verib.

Avropa Parlamenti bu  qətnamələrində Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinə zidd olduğunu bildirib. AP-nin qətnaməsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi xatırladılıb, konfliktin ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həllinin vacibliyi qeyd olunub.

İndiki halda separatçı rejimin nümayəndəsinin Avropa Parlamentinə dəvət olunması elan edilmiş bəyanatlarla uyğun gəlmir.