XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 14:58

“Hraparak” qəzeti:"Putin Ermənistanın keçmiş prezidentindən inciyib"

Rusiya hökuməti 2018-ci ilin aprel inqilabı zamanı Ermənistanın o dövrdəki hökumətinin də öz rolunu oynadığı əvvəlcədən hazırlanmış ssenarinin həyata keçirilməsi ilə bağlı şübhələnməkdə davam edir.

Strateq.az  Report-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Əvvəlki hökumət, təqribən, bir ildir rusiyalı tərəfdaşlarını heç bir günahının olmamasına, Paşinyanın hakimiyyətə gəlməsi prosesinə kömək etmədiklərinə inandırmağa çalışır. Bugünlərdə erməni xadimlərdən biri bizə onun da iştirak etdiyi görüşdə Putinin Sarkisyana narazılığını bildirdiyini söyləyib.

Rusiya Prezidenti deyib ki, uzun illər davam edən dostluq xatirinə, sadə etikaya uyğun olaraq, Sarkisyan istefa bəyanatı ilə çıxış etməzdən əvvəl ona zəng etməli, məlumat verməli idi”, – nəşr yazıb.