XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 16:30

Gürcüstanda demoqrafik böhran və ermənilərin əndişəsi:“Acarıstan və paytaxtı Batumi balaca Türkiyəni xatırlatmağa başlayıb”

verelq.am (Ermənistan), 07.03.2019 

 

Demoqraf Anzor Totadze bildirib ki, Gürcüstan demoqrafik böhran həddindədir və bu, ölkənin ən böyük problemlərindən biridir.

Onun szölərinə görə, bunun səbəbi doğuşun azalması və miqrasiyanın yüksək tempidir. O, habelə vurğulayıb ki, uyğun tədbirlər görülməsə, ölkənin bölgələri boşalacaq.

Gürcüstanda demoqrafik böhran Ermənistana və hətta onun ərazi bütövlüyünə təhlükədir. Gürcüstanda Türkiyə amili güclənir, Türkiyə-Azərbaycan demoqrafik ekspansiyası Gürcüstanın güneyində Ermənistan sərhədi boyunca Cavahk üzərindən müsəlman Acarıstanına qədər çatan Türkiyə dəhlizinin yaradılmasına səbəb ola bilər. Ermənistan üçün ən mühüm dəhlizlər Gürcüstanın azərbaycanlılar məskunlaşan bölgələrindən, xüsusən də Kvemo-Kartlidən (Borçalı mahalı nəzərdə tutulur-red.) keçir, Qarabağda müharibə halında isə onu yerli azərbaycanlılar bağlaya bilərlər. Bundan savayı, ermənilərin bölgədən miqrasiyası fonunda Cavahkda məshəti türkləri və acarlar məskunlaşacağı halda Ermənistan üçün iki ən önəmli, Qara dənizə və Acarıstana çıxışı təmin edən arteriya üzərində nəzarət Türkiyə-Azərbaycan tandeminə keçə bilər. Acarıstanın özü və paytaxtı Batumi balaca Türkiyəni xatırlatmağa başlayıb.

Bakı Gürcüstanın azərbaycanlı icmasına fəal yardım göstərərək onu ölkənin erməni icmasına qarşı əks-tarazlığın təmin edilməsi üçün ciddi demoqrafik rıçaq sayır. Azərbaycanlı icması Bakı üçün həm də Ermənistan sərhədləri boyunca hərbi əməliyyatlar zamanı ciddi təsir amilidir.

Gürcüstanın azərbaycanlı icması Bakı üçün “soft power”dir (yumşaq qüvvə-red.) və onun potensialından fəal faydalanır.

Ermənistan bütün bunlara Cavahkda yatırım layihələri gerçəkləşdirmək, ermənilərin miqrasıyasını qabaqlamaq, yerlərdə iqtisadi güc yaratmaq üçün Gürcüstanın erməni icmasının maliyyələşdirilməsilə cavab verməlidir. Əks halda, bir neçə ildən sonra Gürcüstanın erməni icmasının varlığına sadəcə son qoyulacaq.

Tərcümə Strateq.az-ındır.