XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2015 - 10:28

Tofiq Yaqublu həbsxanaya qaytarıldı – FOTOLAR
Qızı Nərgiz Yaqublunun vaxtsız dünyasını dəyişməsi ilə bağlı müvəqqəti azadlığa buraxılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Xatırladaq ki, T.Yaqublunun qızı aprelin 23-də Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Bundan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmət həbsdə olan T.Yaqublu yas mərasimində iştirak etmək üçün aprelin 24-də 7 günlük müvəqqəti azadlığa buraxılıb.
T.Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.
Strateq.az Ann.az-a istinadən həbsxanaya qaytarılan Tofiq Yaqublu ilə əzizlərinin vidalaşması zamanı lentə alınan ürəkparçalayan fotoları təqdim edir: