XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2019 - 15:38

Gözəl Bayramlı:"Əfv olunacağımı gözləmirdim"

Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı ilə 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan AXCP sədrinin müavini Gözəl Bayramlı mediaya açıqlama verib.

Unikal.org-un xəbərinə görə, G.Bayramlı əfv olunacağını gözləmədiyini deyib: “Mən əfv üçün müraciət etməmişdim, ona görə də əfv olunacağımı gözləmirdim. Bu səbəbdən də mənə verilən 3 illik cəzanı çəkməyə hazır idim”.G.Bayramlı bildirib ki, həbsdə olduğu müddətdə səhhətində bəzi problemlər yaranıb, amma özünü yaxşı hiss edir. AXCP sədrinin müavini Azərbaycanda siyasi məhbus probleminin kökündən həll olunmasının vacibliyini bildirib. Onun sözlərinə görə, dövlət başçısı belə bir addım atıbsa, bunun ardı gəlməlidir.

G.Bayramlı Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsindən 25 nəfər qadının azadlığa buraxılmasına çox sevindiyini deyib. G.Bayramlı 2018-ci ilin yanvarında Qazax rayon məhkəməsi tərəfindən qaçaqmalçılıqda təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.