XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

18 Mart 2019 - 14:20

Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi:“Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Əli İnsanovun açıqlamalarına münsibət bildirib. 

Əli Nağıyev demokrat.az-a bildirib ki, Əli İnsanovun sözügedən fikirlərinin hamısı səhvdir: “Əli İnsanovun son müsahibəsi zamanı söylədiyi müəyyən fikirlərin hamısı səhvdir. Ona demək istəyirəm ki, ağrıdan doğan emosiya ilə müsbət nəticə əldə etmək mümkün deyil. Mən heç kimə ağıl öyrətmək fikrində deyiləm. Əgər ağıl öyrənmək istəsəydi, 15 il bundan əvvəl məni dinləyərdi, daha qeyri-adamları yox! Ona görə də mən hesab edirəm ki, onun dediyi fikirlərin hamısı səhvdir”. (Demokrat.az)