XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2019 - 22:35

Ukraynalı ekspert:"Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır"

“OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasının Bakıda keçirilməsi Azərbaycan üçün müsbət haldır, çünki OPEC dünya neft bazarında əsas oyunçudur”.

Bu barədə Trend-ə açıqlamasında ukraynalı ekspert Aleksandr Oxrimenko deyib.

A.Oxrimenko bildirib ki, Azərbaycan dövlətinin OPEC+ formatının hazırlanmasında təşəbbüsü və iştirakı ölkə üçün müsbət amildir:

“Hələ ki, OPEC dünya neft bazarında əsas oyunçudur və orada əsas rolu Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri oynayır. Lakin dünya dəyişir. Əgər əvvəllər ABŞ neftin əsas alıcısı idisə, indi dünyada enerji resurslarının əsas satıcısına çevrilir. Faktiki olaraq ABŞ OPEC ilə rəqabət aparır və istisna olunmur ki, gələcəkdə belə mürəkkəb şəraitdə OPEC-in dünya neft bazarında rolu azalacaq. Ona görə də mən hətta OPEC-in yenilənməsini istisna etməzdim”.

Ekspert hesab edir ki, Azərbaycana yaranmış vəziyyətdə həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır.

Onun fikrincə, Azərbaycan həm OPEC-in, həm ABŞ-ın, həm də sərt rəqabətin olacağı yeni neft bazarında özünə yer tapmalıdır.