“Məmməd Əmin Rəsulzadə Azərbaycan tarixində görkəmli yer tutmuş xadimlərdən biridir. Azərbaycançılığın, müstəqillik ideyalarının qorunub saxlanmasında xidməti olan insanlardan biridir”.
Bu sözləri Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə Bakupost.az-a açıqlamasında deyib.
O, Bakıda Rəsulzadəyə heykəl qoyulması məsələsinə münasibət bildirib.
A.Mirzəzadə deyib ki, zaman-zaman tarixdə xidmətləri olan insanların heykəlləri də qoyulur, adlarına təqaüdlər də verilir və s. Rəsulzadəyə heykəl qoyulmasının da zamanı gələcək: “Heç kəsin xidməti unudulmur. Mənə elə gəlir ki, Məmməd Əmin Rəsulzadəyə də Bakıda heykəl qoyulmasının da zamanı var”.