XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2019 - 11:01

Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü olacaq- Yeri və vaxtı açıqlandı

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşünün yeri və vaxtı açıqlanıb.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.