XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2019 - 20:48

“Ukrayna və Gürcüstanın NATO üzvlüyünə Azərbaycan hazırlıqlı olmalıdır” –Politoloq

“NATO önəmli qərarlar verib. Şimal alyansı ilk növbədə Polşada tikintisinə 260 milyon dollar xərcləyərək, hərbi anbar tikəcək. Bu anbar ABŞ-ın Şərqi Avropadakı əməliyyatlarına dəstək məqsədilə tikiləcək. Polşa buna çoxdan çalışır. Çünki Varşava özünü Rusiya təhlükəsindən qorumaq istəyir. Polşa – Rusiya münasibətlərinin yaxın tarixi də bundan xəbər verir”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, NATO baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Bloku Qara dənizdəki fəallığını artıracaq:

“Məqsəd Rusiyanın bu bölgədəki aqressiv hərəkətlərini önləməkdir. NATO baş katibi onu da deyib ki, Şimali Atlantika Bloku Ukraynaya və Gürcüstana əməli dəstəyi artacaq. Stoltenberq bunu belə izah edib: “Ukraynanın və Gürcüstanın hərbi hazırlıqlarını gücləndirəcəyik, o cümlədən bu iki ölkənin dəniz qüvvələrinin bacarıqlarının artırılmasına yardım edəcəyik”.

Beləliklə, Ukrayna və Gürcüstan addım-addım NATO üzvlüyünə yaxınlaşırlar. Hər iki dövlət Azərbaycanın strateji tərəfdaşlarıdır. Bu baxımdan Ukrayna və Gürcüstanın NATO üzvlüyünə biz də hazırlaşmalıyıq ki, həmin gün yetişdikdə “biz nə edəcəyik” sualına qəfil yaxalanmayaq”.