XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 06:10

ABŞ Qarabağdakı “seçkiləri” tanımır

ABŞ hakimiyyəti mayın 3-də Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımağa hazırlaşmır.

Virtualaz.org “RİA Novosti”-yə istinadən bildirir ki, bunu ABŞ-ın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Ceff Ratke deyib.

“ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır. Bununla əlaqədar olaraq biz 3 may “seçkiləri”nin nəticələrini tanımayacağıq”, – deyə Ceff Ratke xüsusi vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı və ATƏT-in Minsk Qrupu da Dağlıq Qarabağda keçiriləcək “seçkiləri” tanımayacaqlarını bəyan ediblər