XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Aprel 2019 - 17:42

Müsavat Partiyasının mitinqinə razılıq verilmədi

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 7-ə təyin etdiyi mitinqlə bağlı müraciətini cavablandırıb.

ONA-nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Milli Şuranın Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.

Bununla bağlı təşkilatçılara məlumat çatdırılıb.
Qeyd edək ki, Müsavat Partiyasının aprelin 7-də mitinq keçirmək üçün BŞİH-nə müraciət edib.