XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 06:13

Azərbaycan Ordusunda iməclik

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 2-də Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir.

Strateq.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, təsdiq edilmiş plana əsasən şəxsi heyət ümummilli liderimiz Heydər Əliyevin abidələrinin yerləşdiyi ərazilərdə, guşələrdə abadlıq və tərtibat işləri aparacaq, yaşıllıqlara qulluq göstəriləcək, müxtəlif növ ağac və gül kolları əkiləcək, digər tədbirlər həyata keçiriləcək.

Yüksək bayram əhval-ruhiyyəsində hərbi orkestrlərin çıxışları ilə müşayiət olunan ümumordu iməciliyində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin, Sovet İttifaqı Qəhrəmanları məzarlarının ətrafında da abadlıq-təmizlik işləri yerinə yetiriləcək.