Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Azərbaycana səfər edəcək. Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi verib.
Məlumatda bildirilir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti F.Mogerininin Azərbaycana səfəri 29 fevral-1 mart tarixlərində baş tutacaq.
Səfər çərçivəsində F.Mogerininin fevralın 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.