XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2019 - 16:09

Milli Məclisin deputatı Paşinyanın həyat yoldaşına sual ünvanladı:“Nə zaman işğalçılıq siyasətinə son qoyacaqsız?”

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, “Mənim addımım” və “Təbəssümlər şəhəri” xeyriyyə fondlarının hamilər şurasının direktoru Anna Akopyan Vaşinqtona səfər zamanı ABŞ Konqresində “Qadınlar sülh naminə” kampaniyasını təqdim edib.

Erməni KİV-lərinin yaydığı xəbərə görə, Akopyan Konqressdə çıxış zamanı azərbaycanlı anaları və qadınları da bu kampaniyaya qoşulmağa çağırıb:

“Mən “Qadınlar sülh naminə” kampaniyasını irəli sürmüşəm  məqsəd Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərindən olan qadınların müharibəni rədd etməsi və bütün münaqişə tərəflərində insanların həyatlarını qoruyub saxlamaq üçün səyləri gücləndirməsidir. Bizim yekun hədəfimiz Dağlıq Qarabağda və dünyanın digər qaynaq nöqtələrində sülhə nail olmaq üçün ümumdünya qadınlar şəbəkəsi yaratmaqdır.

Biz Azərbaycan qadınlarını və analarını da bu kampaniyaya qoşulmağa, olkələrində qərar qəbul edən şəxslərə də belə sülh çağırışı ilə müraciət etməyə çağırıram”.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının, “Qadınlar sülh naminə” şəbəkəsinin üzvü, deputat Məlahət İbrahimqızı Türküstan.info-ya bu barədə fikirlərini bildirib. O, qeyd edib ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan ABŞ-da avantürist çıxışını ABŞ Konqresinin ikili standartlarla fəaliyyət göstərməsinə sübut olmaqla yanaşı beynəlxalq hüquqa hörmətsizlik kimi qəbul etmək olar:

“Təbii ki, BMT də daxil bütün beynəlxalq təşkilatlar Ermənistanı işğalçı kimi tanıyıb və qeyd-şərtsiz işğal etdikləri Azərbaycan torpaqlarından çıxmağını tələb edən sənədlər qəbul edilib:

“Yaxşı olardı, Konqress Paşinyanin həyat yoldaşının sülh haqqında cəfəngiyyat nağıllarına qulaq asmaq əvəzinə, ona sual verərdilər ki, nə zaman işğalçılıq siyasətinə son qoyacaqsız, nə zaman beynəlxalq sənədlərin tələblərinə əməl edəcəksiz? Konqress üzvləri Anna Akopyana ABŞ-ın bir çox ştatlarının da Xocalı Soyqrımı ilə bağlı qəbul etdiyi sənədlərin tələblərini nə zaman həyata keçirmələri haqda sual verməli idilər. Anna Akopyanın hələ xəbəri yoxdur ki, bu gün dünyada “Qadınlar sülh naminə” şəbəkəsi mövcuddur və Azərbaycandan bir qrup qadın o hərəkatın iştirakçıdır. Hesab edirəm ki, işğalçı bir dövlətin rəhbərinin həyat yoldaşının da belə bir hərəkata qoşulması qadınların beynəlxalq aləmdəki sülh fəaliyyətinə kölgədir. Anna Akopyan kimi qadınlar ancaq zorakılıq missiyalı təşkilatların üzvü ola bilərlər”.

M.İbrahimqızı hesab edir ki, onun çağırışına dünyada işğalçılıq siyəsəti yürüdən və onu dəstəkləyən qüvvələr qoşula bilər:

“Əgər, o həqiqətən də sülh missiyası həyata keçirmək niyyətindədirsə, öz dövlətini sadə və günahsız erməni analarının oğullarını işğalçılıq siyasətinin qurbanı etməkdən çəkindirsin. Azərbaqycanın hər bir qadını, eləcə də anaları vətəninin ərazi bütövlüyünün qorunması yolunda öz oğullarının qəhrəmanlıqla şəhid olması ilə qürur duyur”.

Millət vəkilinin sözlərinə görə, Anna Akopyan və onu dəstəkləyənlər bilməlidirlər ki, Azərbaycan xalqının, onun lideri olan Prezidentinin də, eləcə də Azərbaycan qadınlarının fəaliyyətinin sülh məramını bütün dünya bilir:

“Belə olmasaydı, dünyanın 50 güclü ordusundan biri olan Azərbaycan Ordusu necə ki Aprel döyüşləri zamanı öz gücünü göstərdi, istənilən an bunu təkrar edə bilər. Sadəcə Azərbaycan Prezidenti və Ali Baş Komandanı beynəlxalq ictimaiyyətin sülh siyasətinə hörmət etdiyinə görə bu münaqişənin danışıqlar yolu ilə həll olunmasını üstün hesab edir”.