XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Aprel 2019 - 11:45

Elmar Məmmədyarov təyyarədə erməni qadınlarına Qarabağdan danışdı:“O torpaqlar bizimdir, əsəbləşməyin...” (VİDEO)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldən Moskvaya uçduğu təyyarədə Ermənistan vətəndaşları olub.

Onlar XİN rəhbəri ilə etdikləri söhbətin videoyazısını internetə qoyublar. Erməni qadınlar Qarabağ münaqişəsi ilə bağlı sual veriblər.

Qadınlardan biri “Babam deyir ki, sülh vacibdir, amma siz niyə həmişə əksini bəyan edirsiniz?” sualına E.Məmmədyarovun cavabı belə olub:

“Ona görə ki, erməni əsgərləri Azərbaycan torpaqlarını işğal ediblər. Onlar o torpaqlarda niyə hərbi xidmət keçirlər? Qarabağ bizim torpaqlardır” cavabını verib.

Özünü “Armenpress”in əməkdaşı kimi təqdim edən qadının “Qarabağ tarixi erməni torpağıdır” sözləri E. Məmmədyarovun ironik gülüşü ilə qarşılanıb: “Bunu sizə kim deyib? Bu torpaq Qarabağ adlanır. Rus dilində tərcüməsi isə “Çornıy Sad” deməkdir. Odur ki, sual verəndə əsəbləşməyin…”.