XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2019 - 15:22

MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlanıb –Elmar Məmmədyarov iştirak edir (FOTO)

Aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirlərin aktual regional və beynəlxalq məsələləri, MDB formatında qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edəcəkləri, hüquq mühafizə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəldilmiş bir sıra sənədlər imzalayacaqları gözlənilir.