XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

08 Aprel 2019 - 17:16

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri təxirə düşdü –SƏBƏB

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinqi komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Rocer Geyl və Ştefan Şennakın Azərbaycana səfəri “Brexit”ə görə təxirə salınıb.

Bunu Ştefan Şennak ONA-nın Qərbi Avropa müxbirinin sualını cavablandırarkən deyib.

“Azərbaycana səfərin dəqiq tarixi bilinmir. Çünki digər həmməruzəçi Rocer Geyl “Brexit”lə bağlı Böyük Britaniya parlamentində olmalıdır. Əgər “Brexit” olmasa idi, biz  bir ay öncə Azərbaycana gəlməli idik. Hazırda ona görə dəqiq tarixi deyə bilmirəm. Ancaq Britaniyada “Brexit” üzrə danışıqlar yekunlaşmaq üzrədir. Düşünürəm ki, yaydan öncə Azərbaycanda olacağıq”.